Sabir Zəkullaoğlu : - Bu sadəcə yazı deyil.
İndicə bir yaxın dostumla həmsöhbət oldum. Kefim pozuldu.
Adam yoldaşından ayrılıb iki övladı da var.
Övladları biri otuz üç, biri otuz dörd yaşın içindədirlər.
İnsan ömrünün ən kamil, yetişmiş yaş dövrü..
Çox da rahat həyat yaşayırlar.
Pul, imkan, hər şey..
Dostumun da durymu pis deyil.
Sözüm pulda deyil.
Zatən biz pulu əldə etməyin yolunu bilən millətik.
Beş yüz manat maaşla əlli minlik maşın sürüb, iki minlik telefon da ala bilirik.
Sözüm insanlığın mənəvi dünyasına vaqif olmaqdır.
Adamlar otuz ildir ayrılıblar, ancaq bir dəfə də olsun övladlar atalarıyla görüşməyiblər.
Çünki ana icazə vermir.
Maraqlıdır ku, artıq yaşı otuzu keçmiş bu gənc övladlar bir dəfə də olsun özləri atalarıyla görüşməyə cəhd etməyiblər.
Bir neçə dəfə ata buna cəhd etsə də elçilər çox sərt təpkiylə qarşılaşıblar.
Hətta, övladlar atalarına, əgər nə vaxtsa qarşımıza çıxsa onu şillə təpiyin altına salacayıq kimi mesaj da göndəriblər..
Çox ağrılıdır eləmi?!
Ananı "başa düşdük" ..
Övladların qəlbində heçmi ata məhəbbəti yoxdur.
Məgər bu hiss doğulanda hər kəsdə olmurmu?
Düşünürəm ki, necə olur, bizim oğlanlar gedib Rusiyada və ya dünyanın başqa yerlərində evlənir və ya təsadüfi görüşdən ata olurlar. Müxtəlif səbəblərdən ayrılır, boşanırlar.
Övladları böyüdükdən sonra Azərbaycana gəlib atasını axtarır, sahib çıxırlar. Ən azından münasibət saxlayırlar.
Əlbəttə bu təbi bir hissdir. Övladın valideyinə, valideyninin övlada olan sevgi hissi..
Rus və ya Ukrayna xanımları bu işdə övladlarına mane olmurlar. Əksinə əllərindən gələn köməklik də göstərirlər ki, övladlar atasına qovuşsun.
Ancaq bizim xanımlar xüsusi qəddarlıq və qeyri insani rəftar nümayiş etdirirlər.
Bir şəhərdə yaşayasan, öz millətindən olan qadın, səni övladınla görüşməyə imkan verməyə. Başqa millətdən, sənin bəyənməyib kafir dediyin qadın isə əksinə. Bu məsələdə sənə köməklik göstərə..
Adam dəhşətə gəlir..
Biz nəyə beləyik?
Əcəba, hardandır bizdə bu qədər nifrət, kin, amansızlıq?
Yeri gəlmişkən ailə ibadət əhlidir. Ana namaz qılır, oruc tutur, Allaha dualar edir..
Bu sadəcə yazı deyil.
Bu bir ailənin, həm də üzvü olduğumuz cəmiyyətin faciəsidir.
Paylaş