"Doktor Nəriman"  anıldı

MƏDƏNİYYƏT 10:24 / 20.04.2025 Baxış sayı: 1964

Dünən , yəni  19 aprel 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində xalqımızin böyük oğlu, ictimai siyasi xadim, yazıçı,dramaturq Nəriman Nərimanovun anadan olmasının 155-ci il dönümü münasibətilə "Görkəmli siyasi xadim və ədib" adlı tədbir keçirildi.

Tədbirdə bölgə yazarları, ziyalılar,tələbələr və gənclər iştirak etdilər.Keçirilən anım təbirini  AYB Lənkəran Bölməsinin   sədri yazıçı-publisist  Qafar  Cəfərli  açaraq  xalqımızın unudulmaz aydınlarından  biri olan  "doktor  Nəriman " kimi  də  tanınıb  sevilən Nəriman Nərimanov  barədə ümumu  məlumat  vermişdi Sonra  tədbirdə N. Nərimanovun ictimai-siyasi və ədəbi fəaliyyəti barədə məruzələr dinlənilmişdi.

Çoxsaylı çıxışçılar  N.Nərimanovun ölkəmizin tarixində,o cümlədən ədəbi həyatında oynadığı möhtəşəm rolundan danışdılar.

Tədbir qızğın müzakirə şəraitində keçdi və maraqlı məqamları ilə yaddaşlara yazıldı.