Fərhad Tapdıqoğlu : - Babat

YAZARLAR 15:15 / 08.05.2025 Baxış sayı: 1300

 

                                                            (hekayə)

Kənddə yaşayırdılar.Arif orta məktəbin aşağı siniflərində babat oxuyurdu.Sonradan zəifləmişdi. O,orta məktəbi güc- bəla ilə başa vurdu.Atası dedi:

--Bala,get Sumqayıta,o " fezo"ların(" uçiliş"lərin,texniki peşə məktəblərinin ) birinə gir, bir babat sənət öyrən.

Arif Sumqayıta gəldi.Babat bir texniki - peşə məktəbinə getdi.Sənaye müəssisələrinin profilinə uyğun bir babat sənət seçdi.

Oxudu, öyrəndi,sonra babat işləyən müəssisələrin birinə təyinat aldı .Böyük aqreqat dəzgahlarında operator işlədi.Babat pul qazanırdı.Günləri,ayları,illəri babat keçirirdi...

Hərdən iş yoldaşları ilə babat yeyib - içdikləri vaxt da olurdu.Əyin- başı da babat idi .Babat geyinərdi.

Mənzil növbəsinə dayandı.

..Qonşu kənddən babat bir ailənin qızı ilə ailə həyatı qurdu...

Həyat yoldaşını şəhərə gətirdi.Ailəli yataqxanada bir babat otaq aldı.Orada yaşadılar.Babat dolanırdılar...Övladları da oldu...

Mənzil növbəsi çatdı.Beş mərtəbəli binanın beşinci mərtəbəsindən üç otaqlı bir babat mənzil aldı.2 oğlu vardı Arifin...

Beləcə ,bu ailə babat dolanırdı.Ata- anasına da babat köməyi dəyirdi Arifin...

....SSRİ dağıldı..Zavodları da yavaş- yavaş " məhv etməyə" başladılar....

Arif şəhərin ticarət mərkəzində bir balaca yer götürüb,alverlə məşğul olmağa başladı ."Şmotka"(pal- paltar) satırdı. Malları "Binə" dən gətirirdi.Malları da babat mallar olardı..Dolanışığı da babat idi..Uşaqları da babat oxudular.Kollec bitirdilər.. İkisinin də babat işləri var.Böyüyü kollecdə onunla tələbə yoldaşı olmuş qızların biri ilə ailə qurub.İki övladları var..

Kiçik oğlu deyir:

--Bir babat pul yığım,ipoteka ilə ev alım, kəndçilərimizin birinin qızı ilə evlənərəm. Babat ailənın qızı olsun ...

....Arif artıq təqaüddədir..İşləmir...Babat da pensiya almır ki,uşaqlarına də əl tutsun...

Həyat yoldaşı ilə birlikdə nəvələrinə baxırlar..Hər şey babatdı...

Arifin oğlanları deyir:

--Ata,Sizin canınız sağ olsun.Nolub şükür Allaha ,babat dolanırıq da...

....Vallah elə babat dolanmaq yaxşıdır də...Allah qorusun!

Mən də Arif kişinin tərcümeyi- halını qısa şəkildə Sizə çatdırmaq istədim..

Babat alınıb bu yazım?

Mən özüm şükür Allaha babatam....

Siz də,Arif gil də babat yox,yaxşı olun ,əla olun!