Vahid Paşayev : -İkinci Dünya müharibəsinə özəl BAXIŞ

...bəşəriyyət üçün dəhşətli,faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi.
9 May günü isə vaxtı ilə 15 respublikanın--ümumi adı SSRİ olan dövlətin qələbəsi ilə başa çatdığı və hitler ordusunun darmadağın edilərək süquta uğradığı gündür.
Beş illik müharibə dövründə Azərbaycandan olan 600 min nəfərdən çox insan cəbhəyə yollanmış,yarıdan çoxu isə geriyə dönməmişdir.Göstərdikləri igidliyə görə 130-nəfərdən çox vətəndaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş,170 mindən çox əsgər və zabitlərimiz müxtəlif orden və medallarala təltif olunmuşdur.
Hərbə yollanan 600 min nəfərdən çox soydaşımızın içərisində Füzuli rayonu,Aşağı Əbdürrəhmanlı kəndindən xeyli sayda müharibə iştirakçısı olub.Onlardan doğma yurda sağ-salamat dönənlər də,cəbhədə həlak olanlar da,talehi qaranlıq qalıb ,,itkin düşmə" adıyla geri qayıtmayanlar da var.
Müharibə iştirakçısı olub və qələbə gününü görən,onun sevincini yaşayaraq dünyasını dəyişən müharibə iştirakçılarımıza və müharibədən geri dönməyən və itkin düşən həmyerlilərimizə Allahdan rəhmət diləyir,ruhlarının şad olmasını arzulayırıq.