Şakir Xanhüseyn : -BAYATILI ŞEİR

Yarama bir məlhəm qoy
bir məhrəm söz ilə sən...
qəlbi yuvam dağlarda,
qəlbim dağ-dağ, biləsən:
Sən biləsən,
nə çəkirəm biləsən...
gərək bir közünü də
yüz ocağa böləsən...
Bürün ağrılarına,
göynəyini gey indi;
kim ar, kimsə arsızlıq
köynəyini geyindi:
Ağ gey indi,
qaranı ağ gey indi...
daim bu fikrində qal:
qara- yerin, ağ- göyündü...
Düyün içində düyün;
bir düyünü açıb bax...
necə naxışlar salıb
üzündə bir acı, bax;
Gözüm, acı-acı bax,
min bir dərddi, bir can, bax...
canını çox istəyən
canbaz olubdu, canbaz...