Elnur Uğur Abdiyev : - Dəllallar
jpg-1746702805.jpg)
İlahi, bu bazar alışıb- yanır
Gündən- günə artır söz dəllalları.
Adamın içini içdən ovurlar,
Üzümüzə gülən üz dəllalları.
Hər nəyə heç nəsiz deyib amini.
Yaxşı bitirirlər hər bir ayini.
Bir qaş- gözlə olur min baş zamini,
Bu qaş dəllalları,göz dəllalları.
Baxırsan hər həsbi- hal yerindədi,
Şora bax, yağ nədi,bal yerindədi,
İndi özgə işin alverindədi,
Zamanın zamansız öz dəllalları