Xəyalə Sevil : - Ürəyindən bərk yapış,

Ürəyindən bərk yapış,
Sözünü tut, deyirəm...
Bu nə yükdü gözümdə?
Mən ki bulud deyiləm.
İşdi, ayrılıq gəlsə,
Unutmaram- qətidi.
Sevə bilmək insanın
Ən yaxşı cəhətidi.
Ürəksizəm- nəyim var,
Səndə qoyub getmişəm.
Gör mən sənə nə gözəl
Sevilmək öyrətmişəm.