Sel Bakı-Şamaxı-Yevlax yolunu bu hala SALDI - VİDEO

MƏMLƏKƏT 20:07 / 06.05.2025 Baxış sayı: 2449

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yenises.az-a verilən məlumata görə, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. 

Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.