Bəhruz Niftəliyev : - Dərinlərdə boğulmuram, əzizim

Dərinlərdə boğulmuram, əzizim,
Boğuluram dayazlarda, biləsən.
Qanım qara, qəlbim yara, sevgilim,
Üşüyürəm ayazlarda, biləsən.
Baxışımın dərinində bir sən var,
Bürün mənə, ağuşumda gizlən, yar.
Yetərsənmi, öpərsənmi gözümdən,
Neyləyərsən sona üç gün bilsən var?!..
Dağ da oydum, bağ da saldım yolunda,
Dərdə quldum, ovulurdum solumdan,
Sonum bəlli, qorxum yoxdu ölümdən,
Ağı olub üzərimdə dinsən, yar!
Gözüm qalıb bəzəyində, sevgilim,
Saçlarının bəyazında, sevgilim,
Nə qışında, nə yazında, sevgilim
Payızında, ay üzündə dönsən, yar!
Boğuluram dayazlarda, biləsən!
07.05.2025