Zəka Vilayətoğlu - Ürəyində yaz olanın

Ürəyində yaz olanın
Dodağında gülüş açar
Qanadlanar göyərçin tək
Dörd bir yana gülüş uçar!
Uçar, qoşular yellərə,
Toxunar zərif güllərə,
Səpələnər ləçək-ləçək
Qonar qəmli könüllərə!
Çəkil qəm, çəkil yolumdan
Tutma əlimdən, qolumdan
Xoş duyğular adamıyam,
Keçmə sağımdan, solumdan!
Zəka güllü yazı sevir,
Çiçəklərdə nazı sevir,
Sevir, sevdikcə varlanır,
Hər qismətdən razı, sevir!
04.04.2025