“Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır” - Aqil Abbas

Gündəm 12:52 / 14.05.2024 Baxış sayı: 1778

 

“İçində mən olmaq şərti ilə yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır".

Yenises.az  Modern.az -a  istinadla  xəbər verir ki, bunu "yenisabah.az" saytına açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, parlament seçkilərində yaşı 70-dən çox olan deputatların seçilməyəcəyi ilə bağlı iddiaları şərh edərkən bildirib ki, deputatı xalq seçir, bu seçimdə yaşa fikir verilmir:

"Mən də istəyərəm ki, parlamentə gənclər gəlsin, amma onları xalq seçir. Seçici deputatın yaşına, başına, savadına baxmır. Bunu xalqdan soruşmaq lazımdır ki, 70-dən yuxarı yaşı olanları seçəcəksiniz, ya yox? Dünya təcrübəsində də belə bir şey yoxdur. Görünür, bəzi adamların qocaman deputatlardan - yaşı 70-i keçənlərdən zəhləsi gedir”.