YARA  SAĞALASI  OLSA  TƏBİB QƏNŞƏR GƏLƏR

YAZARLAR 11:55 / 28.10.2026 Baxış sayı: 190

 

                                                             El deyimi

            Bu  fikir bir həyat gerçəkliyimi, yoxsa təbiblərə təsəlli qarışıq edilən  inamın təzahürümü biləmmirəm! Təkcə onu bilirəm ki, bu fikir həqiqətlərdən yoğrulmuş, gerçəkliklərdən mayalanmış, Tanrı nurundan işıqlanmış bir deyimdir. Bu təzadlı fikirlərimə aydınlıq gətirmək məqsədi ilə bir təbib ömründən danışacağam. Elə bir təbib ki,peşəsi eldən, bilikdən və ağıldan,

şəxsiyyəti, mənliyi isə əxlaqdan,ədəbi-ərkamdan və insanlıqdan mayalanıb.

            Elə bir loğman ki, andı-susmayan vicdanıdır.Nədəndir bilmirəm, həmişə düşünürəm ki, müəllimlikdən çətin peşə yoxdur. Mənə belə gəlir ki, həyatda tərbiyə etməkdən-çətin heç bir şey yoxdur.Amma həyatımda rastlaşdığım məqamlar bütün düşüncələrimi alt-üst etdi.Düşünməzdim şahə qalxan dilsiz-ağızsız ağrıları cilalamaq, ipə-sapa yatmayan, şıltaq xəstəliklərin nazını çəkmək, nadinc şagirdəri tərbiyə etməkdən qat-qat çətin imiş.

            İlahi! Sən özüm köməyim ol duğularımı, düşüncələrimi insan dilinə çevirə bilim.Təbiblərin tək bircə gününü yaşaya bilim,.Bu səhhət keşikçilərinin bircə gününü Kamandar həkimin şəxsində tərənnüm edə bilim. Həkim, amma bilmirəm bunun üçün mən sizdən icazə almalı idimmi?? Və isə məni bağışlayın.

            ... Çox yaxınlarımdan bir nəfər əməliyyat olunmalı idi. Əməliyyatı Kamandar həkim aparmalı idi. Növbəmizi gözləyirdik. Gözləyənlər çox idi. Hamı bir-birinə təsəlli verirdi.Cərrahımızın bacarıqlı qabiliyyəti bir həkim olmasından  danışırdı. Hətta yalvaranlar da var idi: “Onun barmaqlarına qurban olum”. Kamandarın barmaqları qızıldır və s.

            Gözləmək səbrim qəfildən tükəndi. Cərrahın otağının yerini soruşub ora getdim. Qapıya çatanda həzin bir musiqi eşitdim...deyəsən içəridən gəlir, deyə düşündüm. İcazə alıb qapını açdım. Həkim əməliyyatdan çıxıb, musiqi dinləyirdi. Bəlkə də Tanrı ilə danışırdı, Rəbbimdən özünə güc-qüvvət, xəstələrinə sağlıq diləyirdi. Eqayistliyimdən utandım və həkimə hiss erdirmədən geri qayıtdım...

            Biz niyə bu qədər insafsızıq deyə düşündüm.

            Əməliyyatımız çox uğurlu keçdi. Alqışlar, yalvarışlar cərrahımızın mükafatı oldu. Mən də  dualar etdim.Bir Tanrım eşitdi, bir də özüm.

            Allah sizi qorusun, həkim. O dəlisov xəstəlikləri, ölüm saçan ağrıları ram etməyi bacaran cərrah bıçağınız heç zaman büdrəməsin! Amin Siz Azərbaycanın ən peşəkar cərrahlarından birisiz. Tanrı sizə yar olsun! Həkim, mən şair deyiləm, lakin mən sizin xəstəxananızda qalarkən sətirləri yazmışam. 5 ildir ki, bu sətirlər öz ünvanlarına çatmaq isəyirlər. Mən sizi belə tanıdım. Tək mən yox Qazaxda minlərlə xəstələr Sizi belə tanıdı.Şəfalı ələrinizlə  minlərlə insanları ölümün pəncəsindən qurtarmısınız. İnanırıq ki,bizim səsimiz  öz ünvanına çatacaq. Haq-Ədalət öz yerini tutacaq.

                                               Bir həkim tanıyıram loğman adında.

                                               Bir təbib tanıyıram vicdan adında,

                                               Bir cərrah tanıyıram, insan haqqında.

                                               Bir insan tanıyıram, Haqqın yolunda,

                                               Bir ünvan tanıyıram, əlacım adında,

 çarəm adında.

 

                                                                                               Hörmətlə  Qazax  rayonu Dəmirçilər kəndi

                                                        Gülnar  Osmanova