Fərhad Tapdıqoğlu - Xoş sözlərin daşıyıcısı olaq

YAZARLAR 08:46 / 28.10.2026 Baxış sayı: 337

 

Düşüncələr

Xoş sözlərin daşıyıcısı olmaq şərəflidir.O yük insana başqa yüklər kimi ağırlıq deyil,əksinə yüngüllük gətirir,rahatlıq tapırsan.

=

Kövrək qəlbə,kövrək duyğulara çox toxunmayın,tez sınır,tez qırılırlar...

Axı onlar çox kövrəkdirlər,çoox...

=

Olduğun kimi görə bilirsənsə özün özünü,o zaman hər şeyi ,hər kəsi olduğu kimi dəyərləndirib ,deyəcəksən həmişə doğrusunu ,düzünü...

=

Gözləri ac insanlar ən qorxulu insanlardır.Belələrindən ən nalayiq hərəkətləri gözləmək olar...

=

Yağış təbiətə can verir ,amma unutma ki,yağışdan sonra palçıq da olur...yağış çox yağanda sel də gəlir...

=

Görünürsənsə,bu o demək deyildir ki,varsan...Var olduğunu göstərməlisən...

=

Vicdan adətən günahı olmayan insanlara əzab verir.

=

Ayağının sürüşməməsi üçün sürüşmə məkanından uzaq durmalısan...