Məmməd  QƏDİR - Sizə halaldı

Ədəbiyyat 08:27 / 28.10.2026 Baxış sayı: 320

 

Mən saray şairi deyiləm, haşa,

Başım dərdə şaddı, ayağım daşa,

Adınız Cavanşir, Babəklə qoşa

Çəkilir, qoyduğun izə halaldı,

Ali Baş Komandan, Sizə halaldı!

 

Seyid övladının qurban cəddinə,

Düşmən hünərinlə düşür həddinə,

Xətt çəkib o alçaq təmas xəttinə,

Siz tarix yazırsız təzə, halaldı,

Ali baş komandan, Sizə halaldı.

 

Bağanı çanaqdan Siz çıxarırsız,

İti Qarabağdan Siz çıxarırsız,

Milləti qınaqdan Siz çıxarırsız,

Haqqı haqq eləyən düzə halaldı,

Ali baş komandan, Sizə halaldı.

 

Çox gözlər bərəlib qazda, növütdə,

Çörək olan yerdə yal güdür it də,

Xalq Sizi gözləyir hər gün Tvitdə,

Qələbə müjdəli sözə halaldı,

Ali baş komandan, Sizə halaldı.

 

Yanan ürəklərə su çiləyirsiz

Bizi açıqlayıb, bizi deyirsiz,

Külümüzdən qopan közü deyirsiz,

Köksünüzdə yanan közə halaldı,

Ali baş komandan, Sizə halaldı.

 

Vətən bir qartaldı, sovrulur oddan,

Dönməz əqidəniz gəlir boz qurddan,

Iti qovan kimi qovursuz yurddan,

Çökür düşmənimiz dizə, halaldı,

Ali baş komandan, Sizə halaldı.

 

Zülmət dünyamızda ağ yolumuzsuz,

Həqiqət mələyi, haqq yolumuzsuz,

Siz bizim xilaskar simvolumuzsuz,

Heç vaxt gəlməyəsiz gözə, halaldı,

Ali baş komandan, Sizə halaldı..