Elnur Uğur Abdiyev - Harda elədim bu səhvi
Ədəbiyyat
19:47 / 27.10.2026
Baxış sayı: 718
Harda elədim bu səhvi,
Səni niyə sevdim axı?
Bilməliydim aşiqlərin
Sevilməyidir günahı.
Eh, sənə nə var, nə var e,
Unutqanlığindı gülür.
Mənçün adam öləndə yox,
Tək unudulanda ölür.
Eh,uzaqların adamı,
Bilsən,nə qədər yaxınsan?
Özün uzaq, xəyalımda
Xəyalımı buraxmırsan