Şahnaz Şahin - Ah uçuran vaxtımdı

Ədəbiyyat 18:07 / 27.10.2026 Baxış sayı: 761

 

...Göylərdən umduğunu,

Yerdən uma bilməzsən.

Keçib kedər dumanlar,

Ötər qış da,gəlməzsən..

 

Ah uçuran vaxtındı,

Başına dar küçələr.

Quş kimi yüngül dərdi,

Çəkmək olmur gecələr..

 

Sual gətirir sual.

Havalar da xoşalmır.

İldırm vuran dəniz,

Gözün niyə yaşarmır?..

 

Boş qalan and yeriymiş,

Külək,Dəniz və Günəş..

İçimizdə fırtına,

Bir də son bir titrəyiş..

 

Aç burax bu gəmini,

Özgə sahilə axsın...

Bu dəfə evimizi

Öz əllərimiz yıxsın...