XƏSTƏLƏRİN   ÜMİD  YERİ  KAMANDAR  HƏKİM

YAZARLAR 11:37 / 28.10.2026 Baxış sayı: 310

                                                                                                 

İbrahimov Kamandar Həsən oğlu 1961-ci il sentyabr 7-də Qazax rayonun Kosalar

kəndində anadan olub.1985-ci ildə Azərbaycan Dövlət Tibb İnistutunu bitirib. 1985-87-ci

illərdə Rusiyanın  Kazan  şəhərinə təyinatla göndərilib. Klinik Arqinatura bitirib. Sonra isə

Azərbaycana qayıdıb.1992-ci ilə qədər Cərrah kimi işləyib.1992-ci ildən 1996-cı ilə qədər

Erməni qəsipkarlarına qarşı vətən müharibəsində tibb xidməti kapitanı kimi fəaliyyət göstərib.

            Yüzlərlə yaralını əməliyyat edərək ölümün pəncəsindən qurtarıb. Vətən Müharibəsi

veteranıdır.1996-98-ci illərdə Topçubaşov adına Elmi Cərahiyyə Mərkəzində Urvgenikalogiya

şöbəsinə rəhbərlik edib, daha sonra Şöbə müdiri vəzifəsində işləyib. 1998-2000-ci ilə qədər

Respublika Klinik xəstəxanasında  cərrah kimi fəaliyyət göstərib.

 2008-ci ildə Prezidentin fərmanı ilə Regionlarda  Səhiyyənin inkişafı ilə əlaqədar

Qazaxda Diyaqnostika Mərkəzi inşa olunmuşdur.Prezidentimiz tərəfindən açılışı olunan Qazax

Diyaqnostika Mərkəzinə Baş Həkim təyin edilmişdir.2009-cu ilin yanvar ayından 2020-ci ilə

qədər Qazax Diyaqnostika Mərkəzinə Direktor kimi rəhbərlik etmişdir.Qeyd etmək lazımdır ki,

rəhbərlik etdiyi müddətdə fəaliyyəti qüsursuz olmuş və region əhalisinə yüksək səviyyədə

xidmət göstərmişdir.Regiyonda yerləşən Sərhədçilərə yüksək xidmətinə görə Sərhəd

qoşunlarının 100 illik medalı ilə təltif olunmuşdur.2019-2020-ci illərdə “Karona” virusu ilə bağlı

pandemiya dövründə xəstəliklə mübarizədə regionda rəhbər təyin edilmişdir  yüksək peşəkarlığı,idarəçiliyi sayəsində yüzlərlə insanı ölümün pəncəsindən xilas etmişdir.Müalicə Diyaqnostika mərkəzi 2020-ci ildə, Mərkəzi Xəstəxana ilə birləşdikdən sonra Cərrahi xidmətlər üzrə müavin vəzifəsində çalışmışdır.

            2025-ci ilin sentyabr ayında heç bir xəbərdarlıq olmadan idarəçilik peşəkarlığını və

 rəhbərlik qabiliyyəti nəzərə alınmadan  Təbibin keçmiş rəhbəriliyi heç bir peşəkarlığı olmayan, qüsurlu fəaliyyəti ilə gündəmdə olan Vüqar Qurbanov tərəfindən işdən azad edilmişdir.Bir ay fasilədən sonra oktyabr ayının 15-də Qazax Mərkəzi xəstəxanasında cərrah kimi işə qəbul edilmişdir.

            Son aylarda ilk təyinatı ilə Səhiyyədə yeniliklər gətirən peşəkar kadrlara xüsusi önəm verən hörmətli Nazirimiz Anar Bayramovun Kamandar həkim kimi Səhiyyədə peşəkarlığı,bacarıqları, idarəçiliyi ilə fərqlənən Kamandarın üzə çıxarılması və Səhiyyəmizin inkişafında xidmətlərindən istifadə edilmədini diqqətdə saxlanmasını Sizdən xahiş edirəm.

            2008-ci ildən YAP-nın üzvüdür.

             İnsanlığı ilə xəstələrinin qəlblərinə nur saçan, xəstələrindən təmənna ummayan, gecə-gündüz xəstələrinin başından ayrılmayan  Kamandar həkimə, Qazax sakinlərinin böyük ehtiyacı var.Hər kəsə diqqətlə, qayğı ilə yanaşan, əlac etdiyi xəstələrin duaları ilə mukafatlanan loğman-həkim Kamandar İbrahimova şəfa tapmış xəstələri adından təşəkkürümüzü bildiririk və ona Şərəfli və peşəkar həyatında uğurlar arzulayırıq.

 

 Söhrab Məmmədbağır oğlu   Əliyev

       Qazax rayonu