Şövkət, Zərin Horovlu - Şəklini çək xöşbəxtliyimin
Rəssam, şəklini çək xöşbəxtliyimin,
Görün onun rəngi,özü necədir?
Nədən o hamının qisməti olur,
Məndən qaçaq düşüb,qərəzi nədir?
Uzun yaşamısan,söyləyir yetən,
Şəklin çəkərsənmi bu uzun ömrün?
Sən onu vərəqlə ,əzəldən sona,
Bircə tablosun şək, xöşbəxtliyinun.
Deyirlər xöşbəxtlik gözə görünmür,
Bir ömür gözlədım ,qayıda mənə.
Mən onu yaşatdım xəyallarımda,
O mənə çiynimdən baxırmış, demə.
Nə deyim,çək məni özün biləntək,
Əlləri qoynunda , fikri tökülü.
İstəsən çək elə bənövşə kimi,
Bir kolun dibində,boynu bükülü.
Yol ayrıcında çək,kiprikləri nəm,
Ömrünü əliboş çəkib aparan.
Nəyi var götürə, təkcə özünü,
Elə xatirəyə büküb aparan.
Çəkirsən,çək məni bir uşaq kimi,
Mənim ta uşaqdan fərqim bilinmir.
Allahım,mən sənə asi deyiləm,
Xöşbəxtlik hər kəsə yəqin verilmir.