Xəyalə Sevil  -Zaman əleyhinə işləyir sənin

Ədəbiyyat 07:58 / 20.06.2026 Baxış sayı: 386

Zaman əleyhinə işləyir sənin,

Zaman məni səndən

Qoparıb gedir.

Çox da bel bağlama məhəbbətimə,

Baxarsan, könlümdən

Bir qərib gedir.

Üçə qədər sayıram,

Gəl, üçdən keçməmiş gəl.

İşdi, əgər geciksən…

İş işdən keçməmiş gəl.

İndi məni ağrıtmır

Ayrılığın ağrısı,

Mən bir az vəfasızam,

Vəfasızam doğrusu.

Mən indi yalanların

Düzünü öyrənmişəm.

Unutmağın yolunu,

İzini öyrənmişəm,

Nə var səni unutmağa?!