Kamala Abiyeva Aydın Qızı : -  TANIMADIM

Ədəbiyyat 14:20 / 20.06.2026 Baxış sayı: 368

 

Sən gedəndə dayanmadım yolunda.

sənsizlikdən xəbərsizdim mən onda.

Sənsiz nələr olacaqdı bilmirdim.

Sənsiz necə olacaqdı bilmirdim.

Hər gün səni eşitməmək, görməmək,

gözləməmək necə olur bilmirdim.

Sən gedəndə dayanmadım yolunda.

Sənsizliyi tanımırdım mən onda.

Sənsizlikdə nə vardısa yad oldu .

Tanımadım heç bir addım səsini.

Nə ağladım gedişinə kimsənin,

Nə kiminsə gəlişinə sevindim

Başqa səsi eşitmədi qulağım,

Başqa ada alışmadı dodağım.

Bir özgəyə yovuşmadı otağım.

Mən sənsizlik necə olur bilmədim.

Hər gün səni eşitməmək, görməmək,

Gözləməmək necə olur bilmədim…