Aida Adıgözəl - Məni məndən alıb gedən

Ədəbiyyat 08:35 / 20.06.2026 Baxış sayı: 454

Məni məndən alıb gedən,

dilə məndən nə dilərsən.

Həyatımı çalıb gedən,

indi məndən nə silərsən.

 

Nələr çəkdim sən gedəli,

günüm oldu dərd-çiləli.

Həsrət çəkdim gecələri,

gündüzləri nə bilərsən.

 

Didilirəm ilmə-ilmə,

gəl, ta az qalıb külümə.

Cızdağı çıxan könlümə,

bəlkə gəlib su çilərsən.