Elnur Uğur - Canım-gözüm, birdənəm
Ədəbiyyat
13:56 / 20.06.2026
Baxış sayı: 400
Canım-gözüm, birdənəm,
İncimə,qurban olum!
Kimsə özün oynamır,
Özü olan baş rolun!
Dəyişib bu səhnə ki
Səki deyil o səki.
Bilsən altı nə çəkir,
Üzü qrimli yolun?
Yolda yollar azır e
Nolsun sevgi yazır e?
Altdan həsrət cızır e,
Öz imzasın, öz qolun!