Şuşa kitabxanasının budəfəki qonağı Mina Rəşid oldu
İyunun 11-də Şuşa Şəhər Mərkəzi Kitabxanasındauşaq yazıçısıMina Rəşidlə oxucuların görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisiGülzarə Abbasova hamını salamlayaraq əvvəlcə oxuculara Mina xanımla bağlı məlumat verdi. Bildirdi ki, o Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Atası Birinci Qarabağ Müharibəsində mülki şəhid olub, iki qardaşı qazidir. Mana xanın anasını da 1998-ci ildə Bərdə şəhərində sığındıqları dəmir vaqonda itirib. Həyatı mübarizələrlə dolu olan müəllif sonradan ali təhsil alıb, 31 yaşında BDU-u bitirib. AYB və AJB-nin üzvü, Prezident mükafatçısıdır.
Gülsarə xanım daha sonra deyib: “İstəyirik ki, bu günkü görüşdə daha çox Mina xanımın şeirlərini dinləyək və gənclərimiz dəona öz suallarını ünvanlasınlar...”
Mina xanım öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra doğma Vətənə, şəhidlərimizə və azad Qarabağa həsr etdiyi şeirlərindən söylədi.
Xüsusilə gənc, tələbə qızların iştirak etdiyi tədbirdə müəllifə müxtəlif suallar ünvanlandı. Orucəliyeva İlkanə,Həsənova Zeynəb, Səfərbəyova Diana, Hüseynzadə Zəhra və başqalarının suallarına Mina xanım səmimi cavab verərək, gənclərə məktəblə, kitabla, mütaliə ilə bağlı elə öz həyatından təsirli epizodlar danışdı.
Tədbirin sonunda müəllif son illərdə çap edilmiş “Adam istəsə bənövşə olar” və “Əziz Peyğəmbərimiz” adlı kitablarından kitabxanaya hədiyyə etdi.