Xəyalə Sevil - Mən artıq unuduram.

 

Ədəbiyyat 10:23 / 17.04.2026 Baxış sayı: 172

Mən artıq unuduram.

Xatirələr ağrıtmayanda

Yaddaşa dönür.

Sönür içimin alovu,

Dağılır fikirlərimin qaç-qovu.

Gözümdəki yaraşığın azalır,

Mən artıq unuduram,

Az qalır.

Yaxın gəlmə!

Eşitmək istəmədiyin

Ən qorxulu həqiqət budur:

Qadın ürəyindən sevir,

Bədənindən unudur.