Bəhram Bilaloğlu -  Səhra kimi açıqdır

Ədəbiyyat 11:35 / 17.04.2026 Baxış sayı: 3967

Səhra kimi açıqdır

Söylədiyim fikirlər.

Təsbehin dənəsindən

Keçir xeyli zikirlər.

 

Şəhadət verirəm ki,

İzim haqqa tərəfdir.

Müsəlmanam, İlahi,

Mənim üçün şərəfdir.

 

Kimsəyə toxunmaram,

Sözüm olsa da qılınc.

Keçərəm əziyyətdən,

Dözüm olsa da qılınc.

 

Eşq qapısı hər zaman

Bəndeyi aşkardadır.

Qəlbi ərp bağlayanın

Könlü ahu zardadır.