Vahid ƏZİZ - MƏNƏ GÜLMƏSİNLƏR AHIL ÇAĞIMDA...
İrad tutmasınlar ahıl çağımda-
qəlbim yuxa olub, yoxsa çaşmışam?
Özgələr nə bilsin uşaqlığımda
səhərlər gözümü saznan açmışam,
Çox izlər itirib o qalın meşə,
o qədər kəkliklər çəkildi şişə,
dərədən-dərəyə, yamacdan
döşə
payıznan enmişəm, yaznan aşmışam,
Dərdləri artırmış- can böyüyəndə,
çiçək qapıların elçi döyəndə,
arabir kahada gecələyəndə
elə düşünüblər- "Qıznan qaçmışam",
Yazıq; bəd gözlərə canım ox oldun,
həsrət, yorulmadın?- yaman çox oldun!
Gülə irad etdim- " Nədən yox oldun?",
güldü- "Görmədinmi, naznan qaçmışam?".
Səhərlər gözümü uşaqlığımda,
bayatı eşidib, saznan açmışam...