Xəyalə Sevil : - Bilsən, nə qədər sözüm var,

Bilsən, nə qədər sözüm var,
Sözüm var demək üçün.
Var gücümlə dirənirəm
Səni sevməmək üçün.
Xatırlayıb adını
Məndən keçdi deyirəm.
Hərdən bir cəsarət gəlir,
Deyirəm bir salam yazım-
Səhər tezdi deyirəm,
Axşam gecdi deyirəm.
Öz içimdə danışan
Deyingən qarı olmuşam.
Nə vaxt sənlə tam olduq ki,
Mən niyə yarı olmuşam?