Əbülfət  Mədətoğlu - AĞRILARIM

Ədəbiyyat 08:08 / 22.04.2025 Baxış sayı: 2036

Ağrılarım elə yerdə kükrədi

Qara çəkdi ürəyimin üzünə.

Göy səksəndi, yer də elə titrədi -

Gələmmirki . o hələ də özünə...

 

İş qalmayıb məndə artıq təbiblik,

Sıxlaşıbdı ağrıların cərgəsi...

Adamlardan umacağım dəqiqlik -

Bu cür görmək istəyirəm hər kəsi!

 

 

Sınaqları tükənməyən həyatın

Çox keçirtdim mən özümdə sərgisin...

Əriyəndə buzu gülüm, inadın -

Vərəqlərsən ürəyimin dərgisin...