Ağaevli Əli Hacı : - Ağlamadı

Yıxıldım üzüm üstdə,
Yer,mənə ağlamadı !
Asdılar sözüm üstdə,
Dar,mənə ağlamadı !
Məna var hər çalarda,
Boğuldum bu çalada !
Saldığım bağçalarda,
Bar,mənə ağlamadı !
Salavat çəkdim Aya,
Haqqımız gələ saya... !
İtibdir abır-həya,
Ar,mənə ağlamadı !
Hərə nəyəsə bağlı,
Sevdim mən də qış nağlı !
Dedim göyərsin ağlım,
Qar,mənə ağlamadı !
Dünya-qədim bazardı,
Al-veri bir azardı !
Bu bazara,söz ardı...
Var,mənə ağlamadı !
Məqama ün düz oldu,
Ay-para,gün-düz oldu !
Dağların bir ahına,
Gecəsi gündüz oldu !