Bəhruz Niftəliyev: - BİZ OLMAYANDA

Sevmək odu hiss etməkdir ruhunda,
Adı dilində pıçıltıya dönər,
Sevmək Onu hiss etməkdir duyğunda...
Yanında qala,
Yaxanda qala.
Göz yaşı tək gözündən düşməsin gərək,
Süzülüb üzündən düşməsin gərək.
Eşq elə bir həqiqət ki, xilası yalan olur,
düşməni gerçək...
Eşq elə bir həqiqət ki, düşməsin gərək,
Yıxılmağı yaman olur.
Biz olmayanda... ya “Sən” olur, ya “mən” olur,
Parçalanırıq...
Biz olmayanda zaman udur,
Haçalanırıq...
Biz olmayanda azca qalrıq,
Toza bənzər.
Ruhum sənsiz buza bənzər... buza bənzər,
Baş- başa haçan qalırıq... yaza bənzər, yaza bənzər...
Bir meh ötdü yanımdan,
Dodağımdan bir meh öpdü... yara bənzər, yara bənzər..
Tut əlimdən, əlimdən tut,
Biz olmayanda bölünürük, hecalanırıq,
Biz olmayanda bilirsən ki, parçalanırıq!
Tut əlimdən, əlimdən tut,
Baş-başa haçan qalırıq?!
23.04.25