Şakir Xanhüseyn : - Üzün qaranlıqda ağ görünür

Üzün qaranlıqda ağ görünür, hə,
işığı bir iynə gözündən keçir
Verəcək yerə nur, göyə nur yenə...
Açıq alınların ziyasına bax,
bir əldə titrəyiş, qəlbdə həyəcan,
Bir gözdə parıltı, sən bir ona bax...
Suyun səsində də var o işıqdan,
bir inam yolunu dağ-daşdan salır,
Dərya axınıdı damardakı qan...
Bir darlıq sandığın səma, ənginlik
sonuna erilməz bircə qarışdı,
Gör də, ən diblərdə uca dərinlik...
Təbəssümü olsan bir gül yanağın,
əgər qurdalasan bir ovuc külü,
Sevinci işarar neçə ocağın...