Xatirə Rəhimbəyli - Göz yaşı tökənlər qərq olar suda
Ədəbiyyat
12:25 / 01.07.2026
Baxış sayı: 403
Göz yaşı tökənlər qərq olar suda
Nuh alar yanına göz silənləri .
Qəzəbli tufanlar salar cənginə ,
Gözümüzü dərya eləyənləri .
Əbədi yolçuluq başlar yenidən ,
Buludlar canına çəkər selləri .
Sərkərdə biləyi yenə bərkiyər ,
Yenə halqalanar gözəl telləri .
Təzə körpə doğar təzə sevgilər ,
Çıxar tərəziyə haqlar , nahaqlar .
Göz yaşı silənlər yenə azalar ,
Göylərin buludu təzədən ağlar !!!
Dünya da bir yekə adam kimidi ,
Günahkar bəndələr cismindəki kir .
Bir də görərsən ki ,dəryaya girdi ,
Bir də görərsən ki, tufanda çimir ....