Ələddin Əzimli - BİR DAHA SƏN VƏ MƏN
Ədəbiyyat
12:10 / 01.07.2026
Baxış sayı: 446
Sən çökmüsən ruhuma
çən kimi.
Saçlarıma ələnmisən
dən kimi.
Ürəyimdə
yurdun-yuvan var.
Doğma, əziz
elin, oban var.
Sən bir silinməz kədərsən
qəlbimdən kedəcəyim yolumacan.
Bədənimimdən canımacan.
Səndən uzaq düşməyim deyə,
bərk-bərk,
möhkəm-möhkəm
yapışmısan qolumdan.
Sən məndəsən,
mən səndə.
Leysan yağışlar belə
ayrı sala bilməz bizləri-
yəni səni və məni.
Diksindirmək, qorxutmaq üçün
lap qarşıma çıxarsan da
fırtınalı, coşqun dənizləri.
Çəkilmərəm,
çəkilmərəm geriyə
bircə addım belə.
Axı,
səndən ayrı neylərəm,
hansı səmtə üz tutuban gedərəm?!
Bilirsənmi,
bu sualın cavabını?!
Onda söylə,
söylə,
darıxdırma gəl məni,
həyatım,
söylə!..