Ağaevli Əli Hacı - Ilahi !
Ədəbiyyat
11:30 / 01.07.2026
Baxış sayı: 460
Ilahi !
Çox şeyi bilirəm,
Bilməyimə bağışla !
Bu üzdən,
O,üzə
Gəlməyimə bağışla !
Saldığım yurd-şoranmış,
Sinəm dağa-aranmış !
Ömrü zülüm daramış,
Bu,zülümə bağışla !
Kölgə oldum üstümə,
Su oldum,
köz üstümə !
Öz külümə bağışla !
İlahi,
Mən ölüm,
Məni,ölümə bağışla !