Bəhram Bilaloğlu : - Oxu kitabları, faydası çoxdur

Ədəbiyyat 10:40 / 01.07.2026 Baxış sayı: 1813

Oxu kitabları, faydası çoxdur,

Nə qədər oxusan, oxumamısan.

Qurana çatmayan əhli-kitablı,

Əfsus, insan ömrün toxumamısan.

 

Toxunuş Allahdan gəldi, biləsən,

Birinci təbiət yarandı, lakin.

Ruzunu əcəl tək yaradan Allah

Bəxş etdi, bilək ki, Qurandır hakim.

 

Yaradan, yaranış onda cəmlənib,

Bəsirət yoxdursa, dinləmək yetər.

Çalış, qəlb evinə bir nəzər eylə,

Bismillah deməklə hər qəmin bitər.