Shukur Shanol - ...o, bir əfsanə idi,
Ədəbiyyat
11:40 / 01.07.2026
Baxış sayı: 430
* * *
...o, bir əfsanə idi,
üz tutdu göy üzünə
yıxdı, buludlar onu...
...........................
üz tutdu məmləkətin
lacivərd üzlü dənizinə
qovdu dalğalar onu...
..........................
üz tutdu gözəllərin
mavi, qonur, siyah,
iri, qıyma
və çəkik gözlərinə
öldürdü
sevdasız baxışlar onu...
..........................
üz tutdu
can Vətən, deyib
buz kimi soyuq insanlara
görmədiniz, duymadınız...
.........................
daha keçdi...
daha gecdi...
daha gecdi..!
Şükür Şənol