Xanım İsmayılqızı : - QƏZƏL

Ədəbiyyat 11:20 / 14.04.2025 Baxış sayı: 1071

Ürəyimi sevirəm, onunla dəmlərim var,

Ürəyimi sevirəm, gör orda kimlərim var.

 

Payızdan yaza qonsun, tə ki qışa dönməsin,

Sağa-sola çırpınsın, bircə daşa dönməsin.

 

Hər dərdimi-sərimi sinəyə çəkdim elə,

Hamıdan gizlənəni ürəyə bükdüm elə.

 

Gözə görünməyənlə ürəkliyəm, barlıyam,

Mənim rəsmimi çəkən ürəyimlə varlıyam.

 

Yaddaşıma yazılan, ürəyimdən keçəndir,

Azadlığa çıxan da ürəyimə köçəndir.

 

Ürəyimi sevirəm, onunla dəmlərim var,

Ürəyimi sevirəm, gör orda kimlərim var.