Xanım İsmayılqızı : - Nə yaxşı ki...
Nə yaxşı ki, bu şəhərin
Yağışı, küləyi var...
Yoxsa od tutub yanarkən
Kim kimə həyan olar...
Həyan olmaz kimsə sənə,
Əllər ciblərdə üzər...
Gözlər belə görməməkçün
Qara eynəkdə gəzər...
Keçər qara eynəklilər
Sağından və solundan...
Bu kora bənzəyənlərin
Kənarda dur yolundan...
Yollarını aç göylərə,
Hamıya ürək istə...
İlahiyə dua göndər,
Tutmağa dirək istə...
Tanrı, təkcə nəfəsini
Üzü bu yana döndər...
Həm yağışı, həm küləyi
Dər və ruhlara göndər...
...Küləyi sev, yağışa bax...
...Sənin də Allahın var...
...Hər gün Ay batandan sonra...
...Mütləqa Günəş doğar...