Dövlət Dəniz və Liman Agentliyindən hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

MƏMLƏKƏT 15:40 / 26.10.2024 Baxış sayı: 2677

 

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edir.

Yenises.az "Unikal"-a istinadən  bildirir ki,   xəbərdarlığa əsasən, sabah axşam saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi oktyabrın 27-si günün ikinci yarısınadək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.