Türkiyədə güclü zəlzələ oldu

DÜNYA 09:19 / 28.10.2024 Baxış sayı: 3435

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.

Yenises.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) bildirilib.

 Dünən  saat 20.07-də episentri Adananın Kozan rayonunda olan zəlzələnin 20,13 kilometr dərinlikdə baş verdiyi müəyyən olunub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.