Xanım İsmayılqızı- KEÇİB

Ədəbiyyat 10:24 / 12.04.2025 Baxış sayı: 789

Müharibələrim ömrümdə olub,

Bütün döyüşlər də içimdən keçib.

Çiynimin üstündə zəfər bayrağı,

Qələbələrim də gücümdən keçib.

 

Güllələr uçuşub sağımdan sola,

Toxunub salsa da ölümcül hala,

Minalar düzülüb getdiyim yola,

Dərmanım ruhumla ölçümdən keçib.

 

Neçə partlayışlar, neçə vulkanlar,

Neçə qasırğalar, neçə boranlar,

Neçə sunamilər, bir də yalanlar,

Allaha yollanan köçümdən keçib.

 

Bütün cəbhələrim özümdə olub,

Məni öldürməyən, gücümdən keçib.

Zəfər bayrağını beynimə sancdım,

Qəhrəmanlarım da içimdən keçib.

Xanım İsmayılqızı 12 aprel, 2025.

 

 

1010