"Nəsrimizin ağır artilleriyası" anıldı

MƏDƏNİYYƏT 18:50 / 12.04.2025 Baxış sayı: 1439

Bu  gün, yəni  12 aprel 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə"Nəsrimizin ağır artilleriyası" adlı tədbir keçirildi.

Tədbirdə bölgə yazarları,ziyalılar və gənclər iştirak etdilər.

Görkəmli yazıçının həyat və yaradıcılığı barədə  Bölmənin sədri   yazıçı Qafar Cəfərli  geniş nəruzə ilə çıxış etdi.   Sədrin  məruzədən sonra tədbir  çıxışlarla  davam etdirildi. Çıxış edənlər böyük söz ustadı ,  Xalq  yazıçısı  Süleyman Rəhimovla   ilə bağlı xatirələrini, onun möhtəşəm əsərləri ilə haqqında fikir və düşüncələrini bölüşdülər.

Tədbirin  ən  maraqlı  məqamlarından  biri də Xalq  yazıçısının anım gününün  iştirakçısı  olan   gənclərin sovet və müasir dövr yazarları ilə bağlı  maraqlı fikirlərin  bölüşülməsi oldu.

 

+26

Bütün reaksiyalar:

74Elman Eldaroğlu, Meyxoş Abdullah və başqa 72 nəfər