Tahir Rzayev, millət  vəkili : "Suya  qənaət   vətəndaşın vəzifəsi hesab olunmalıdır"

İqtisadiyyat 11:54 / 17.04.2025 Baxış sayı: 2198

Son illərdə  yer  kürəsində cəryan  edən  proseslər , o  cümlədən də baş verən iqlim dəyişməsi ölkələrin iqtisadiyyatına , o  cümlədən   su təsərrüfatlarında da ciddi çətinliklər yaradıb. Bu  bir  danılmaz  faktdır ki,  Azərbaycanın da   su ehtiyatlarının 70 %-i xarici ölkələrdən formalaşır , Ona  görə də , ölkəmizdə sudan qənaətlə istifadə etmək çox vacibdir.

Bu   məsələ ilə  bağlı  fikir bildirən  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, bu problemin həllinin müəyyən yolları var:

“Problemlərin aradan qaldırılması üçün hökumət tərəfindən müvafiq tədbirlər görülür, ölkə başçısı da öz çıxışlarında dəfələrlə xatırladıb ki, ölkənin iqtisadiyyatını yüksəltmək, xüsusilə kənd təsərrüfatını əkin suyu ilə, insanları içməli su ilə təmin etmək üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə çox mühüm layihələr, dövlət proqramları var. Eyni zamanda Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı, müəyyən islahatlar həyata keçirildi”, - deyə deputat bildirib.

Millət vəkili onu da   qeyd edib ki, artıq işğaldan azad olunmuş ərazilərdə yeni  su anbarları tikilib :

“Suyun yığılması istiqamətində əsaslı işlər gedir. Ancaq bu kifayət deyil, çünki hər bir şəxs suyun qədrini bilməlidir, sudan qənaətlə istifadə edilməlidir. Çox təəsüflər olsun ki, hesablamalara görə ölkədə içməli suyun 30%-i, eləcə də, əkin suyunun 40%-ə yaxını  itkiyə gedir. Bu düşündürücü bir məsələdir. Çünki, bizdə hələ sudan istifadə mədəniyyəti tam formalaşmayıb, elə bilirik ki, su daimidir, tükənməzdir”, - deyə Tahir Rzayev əlavə edib.

Ona görə də sudan qənaətlə istifadə etmək hər bir vətəndaşın vəzifəsi hesab olunmalıdır. Bunun üçün müəyyən tədbirlər var və bu hökumət tərəfindən həyata keçirilir.