Ramiz Qusarçaylı : - Şəklimi

***
Əzib bir az da oxşa,
Hələ vermə şəklimi.
Sürt hirsinə, qanasın
Gülə vermə şəklimi.
Yandır, yarıda söndür,
Yaman yanmalı gündür...
Külünü mənə göndər
Yelə vermə şəklimi.
Fələyin daşı bəsdi,
Daşın da yaşı bəsdi...
Gözündə daşı,
bəsdi
Ələ vermə şəklimi.