Xatirə Rəhimbəyli : - Tükəndim

Ədəbiyyat 08:43 / 17.04.2025 Baxış sayı: 1032

 

Açıldı tilsimi bu sirr ömrümün ,

Alındı havası bu kür omrümün .

Bu azad ömrümün , bu hürr ömrümün ,

Bağlandı bərəsi , bəndi... tükəndim .

 

Gərildi qarşımda yolun haçası ,

Sındı xəyalımın rəssam fırçası .

Tutuldu könlümün yolu , küçəsi ,

Uçuldu şəhəri,kəndi ...tükəndim .

 

Qatlandı dizləri gərdişimin də,

"Haqq" deyib bağıran vərdişimin də .

Ürəyi titrədən gülüşümün də

Tükəndi şəkəri , qəndi ... tükəndim .

 

Arzumun üzünə sökülmədi dan ,

Qaldı,yerdə qaldı,ah, bu nahaq qan !

Yedi ,ürəyimi ,yedi bu hicran ,

Tükəndi, tükəndi ,indi.... tükəndim .

 

Elə uzaq etdin onda yaxını,

Bir də aşammadım hicran dağını.

Qaldırdı ürəyim ağ bayrağını ,

Ta başım sinəmə endi ...tükəndim ...