Vasif Süleyman - DƏRD ŞƏKİLİ ÇƏKƏN RƏSSAM
Ədəbiyyat
09:20 / 29.04.2026
Baxış sayı: 161
Qənşərində çırpınıram,
Boylanıb uzağı çəkir.
Mən ürəyimə çəkirəm,
O vərəqə DAĞI çəkir.
Rəngləri elə calandı,
Baxdım ürəyim talandı.
Nə bilir ciyərim yandı,
Zəhər çəkir, ağı çəkir.
Biri yoxdu, biri vardı,
O rənglərə dünya dardı.
Dörd tərəfi çəmənzardı,
Saralmış yarpağı çəkir.