Vasif Sü3leyman :- YAXŞI TAPIŞMIŞIQ ÜRƏYİMLƏ MƏN

Ədəbiyyat 09:36 / 13.02.2024 Baxış sayı: 1337

 

Yaxşı tapışmışıq ürəyimlə mən,

Mən ona, o, mənə neynəsə azdı.

Nə mən yaşayardım özgə ürəknən,

Nə o, özgəsini yaşadammazdı.

 

Qəsdinə duracam bir qərib axşam,

Nələr çəkməmişəm desin, əlindən.

Mən ağlın əlində əsir qalmışam,

Biçarə ürəyim hissin əlində.

 

Daha bundan sonra tapmaz çəmini,

O da mənim kimi naşıdı elə.

Ağ günü uzaqdan gös

tərib mənə,

Gözə görünməsə yaxşıdı elə.

 

Özünü çox sıxma, elə mənimsən,

Bir ürək tapmaram, eynən sən ola.

Havalı əllərə verib məni sən,

Burdan o tərəfə neynəsən, olar.

 

Sozalıb işığı, odu közərmir,

Tuş olub ahıma, qınaqlarıma.

Ürək neynəsin ki, ürək dözərmi,

Ürək sahibinin günahlarına...