Faiq  Balabəyli - MƏNİ

Ədəbiyyat 09:31 / 07.11.2026 Baxış sayı: 790

MƏNİ

O qədər arxadan badalaq verib

O qədər çətinə salıblar məni

Heç zaman büdrəyib yıxılmamışam

Çirkin oyunlara atıblar məni.

 

Dəryalar keçmişəm, dağlar aşmışam

Görüblər qayayam, görüblər daşam.

Yad adam, mən sənçün, deyib, qardaşam

Doğmalar bir ucdan satıblar məni.

 

Bu da bir ömürdü, taledi, baxtdı

Doğrudu, yalandı, haxdı, nahaxdı

“Şeş-beş” oynayırm, görün nə vaxtdı

zər tutub, sə-birlə udublar məni.

Məndən uzaq durun min yol, min ağac

quruyub olarsız önümdə qaxac.

Qazan xan balası Buğacdım, Buğac

Aruzun dəstinə qatıblar məni