SÜLEYMAN ABDULLA.- TƏKİ ADAMIN
Qövr edən söz varsa gərək deyilsin,
Gözü çıxılmasın təki adamın.
Qazancı çıxılsın, pulu yeyilsin,
Haqqı tıxılmasın təki adamın.
Olar qələbə də, yeniş də, - olar,
Yüksəliş də olar, eniş də olar.
Yeri dar da olar, geniş də olar,
Canı sıxılmasın təki adamın.
Çəkib-çəkdirməyə dərd-qəm tapılar,
Burda zillət boldur, haqq kəm tapılar.
Öyü yıxılana bir çəm tapılar,
Göyü yıxılmasın təki adamın.
10.02.2026