ASləmzər Sadıqqızından İKİ ŞEİR
Hamıdan vəfalıyam...
Mən bir yaralı quşam,
Sınıb qolum, qanadım.
Təzədən uçmaq üçün...
Bəlkə, səni tanıdım?
Ağlın varsa get məndən
Seviləcək könlüm yox.
Başına qız qəhətdi?
Mənim dərdim-sərim çox...
Mənli arzularını,
Xəyalından çıxar at...
Ya da sev dəli kimi
Məni yenidən yarat!
Gözlərimdə min qəm var,
Oxumağı bilənə...
Mən də borclu qalmaram,
O qəmləri silənə...
Bilirəm ki, bilirsən,
Aya, Günə tay məni.
Bəlkə Tanrı göndərib,
Həyatına pay məni?
Bir gözü kölgəliyəm,
Bir gözü şəfalıyam.
Apar məni ömrünə,
Hamıdan vəfalıyam.
10.2.2025.
Öz ömründən kəsirsən...
Səni unutmaq üçün,
Hər yola əl atıram...
Gah səni "aldadıram",
Gah başımı qatıram...
Sən mənim özüm kimi,
Talesizim...yazığım...
Acığimdan bilmirəm,
bilmirəm ki, nə yazım!?
Vallah darıxdığımdan,
Elə-belə yazıram...
əlimlə sevgimizə,
Sözdən məzar qazıram...
Nə qalıb ömrümüzə?
Hey götür-qoy edirsən...
Məni öldürmürsən ey,
Öz ömründən kəsirsən...
Ürəyimdə qalmağı...
Daha səndən gedirəm,
Səni unutmaq üçün.
Səni belə yaşamaq,
Bəlkə də mənim suçum.
Bir az gül, bir az əylən,
Bax arxamdan əl eylə.
Sonra otur küncünə,
Bir qəmli nəğmə soylə.
Kimsə bilmədi səni,
Gözlərimdən salmağı.
Özün bacarmadın yar,
Ürəyimdə qalmağı...
10.2.2025.